Naxçıvanda oktyabrın 13-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında oktyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər bölgələrində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 8-12°, gündüz 22-27° isti olacağı ehtimal olunur.