2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

14 Oktyabr 2024

2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyası və ACF arasında müvafiq razılıq əldə edilib.

Qeyd edək ki, Los Anceles-2028 Yay Olimpiya Oyunları üçün lisenziya yarışlarına Bakıda keçiriləcək dünya çempionatı ilə start veriləcək.