Naxçıvanda məktəblərdə diaqnostik qiymətləndirilmə prosesi keçiriləcək

Naxçıvanda məktəblərdə diaqnostik qiymətləndirilmə prosesi keçiriləcək

12 Oktyabr 2024

Oktyabrın 20-də Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, prosesin test imtahanı mərhələsi Naxçıvan Şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində təşkil olunacaq. Ümumilikdə prosesdə 319 tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir. 

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.