Milli Gimnastika Arenasında Azərbaycan məşqçiləri üçün seminar təşkil olunub

Milli Gimnastika Arenasında Azərbaycan məşqçiləri üçün seminar təşkil olunub

17 Oktyabr 2024

Bolqarıstanın “Vasil Levski” adına Milli İdman Akademiyasının professoru və idmançısı Daniela Daşova Milli Gimnastika Arenasında Azərbaycanın gimnastika məşqçiləri üçün seminar keçib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, seminar zamanı professor müasir gimnastika metodları, məşq prosesində diqqət yetirilməsi vacib olan nüanslar və beynəlxalq yarışlara hazırlıq mövzularında dəyərli bilik və təcrübələrini bölüşüb.

Bu seminar ölkəmizdə bədii gimnastika sahəsində çalışan məşqçilərin peşəkar inkişafına böyük töhfə verməklə yanaşı, Azərbaycan gimnastikasının gələcək uğurlarına dəstək məqsədi daşıyır.