Naxçıvanda oktyabrın 18-nə olan hava proqnozu

Naxçıvanda oktyabrın 18-nə olan hava proqnozu

18 Oktyabr 2024

Naxçıvan Muxtar Respublikasında oktyabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər bölgələrində 65 faiz ehtimalla hava şəraitinin yağmurlu keçəcəyi və bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 20-25° isti olacağı ehtimal olunur.