Gənclər və İdman Nazirliyinin kollektivi sərgi-satış yarmarkasında olub -

Gənclər və İdman Nazirliyinin kollektivi sərgi-satış yarmarkasında olub - FOTO

17 Oktyabr 2024

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov və rəhbərlik etdiyi qurumun əməkdaşları Heydər Əliyev Sarayında muxtar respublikanın 100 illik yubileyi ilə əlaqədar təşkil olunan məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasını ziyarət ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, kollektiv Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın müşayiətində sərgi ilə yaxından tanış olub.

Qeyd edək ki, oktyabrın 17-dək davam edəcək sərgidə ümumilikdə, 447 müəllifin 10929 adda əl işi təqdim edilir.