“Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda   tədbir keçirilib -

“Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda tədbir keçirilib - FOTO

15 Oktyabr 2024

Naxçıvan Dövlət Universitetinin Texniki Kollecində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Muxtar Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetininin Texniki Kollecində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda maarifləndirici tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Dövlət Universitetinin Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış edərək mövzunun əhəmiyyətdən danışıb. 

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi ədliyyə müşaviri İsfəndiyar Qasımov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Ziyad Abbasov mövzu ilə bağlı çıxış ediblər.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb. Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.