NDU-da  “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda  tədbir keçirilib -

NDU-da “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda tədbir keçirilib - FOTO

14 Oktyabr 2024

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Naxçıvan Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda maarifləndirici tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Dövlət Universitetinin prorektoru Nicat Yaqubov da iştirak edib.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi ədliyyə müşaviri İsfəndiyar Qasımov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Azər Məmmədov mövzu ilə bağlı çıxış ediblər.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb. Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.