Uşaqlara tütün məmulatı alınıb-verilməsi məsuliyyətə səbəb olurmu ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Uşaqlara tütün məmulatı alınıb-verilməsi məsuliyyətə səbəb olurmu?
Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edən şəxslər yüz manat məbləğində cərimə edilir.
Sualı cavablandırdı: Babək rayon Prokurorunun köməkçisi I dərəcəli hüquqşünas - Camal Sadiqov