Qəsdən sağlamlığa ağır zərər vurma dedikdə nə başa düşülür ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qəsdən sağlamlığa ağır zərər vurma dedikdə nə başa düşülür?
Cavab: Yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmadır.
Sualı cavablandırdı: Ordubad rayon prokurorun köməkçisi II dərəcəli hüquqşünas Orucəliyev Fərid