Cinayət hüquq normaları dedikdə nə başa düşürük ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət hüquq normaları dedikdə nə başa düşürük?
Cavab: Cinayət Məcəlləsi qüvvədə olan cinayət qanunlarının məcmusu deməkdir. Cinayət hüquq normalarının hər biri qanunverici orqan tərəfindən müəyyən edilir və bütün idarələr, müəssisələr, vəzifəli şəxslər və vətəndaşlar üçün məcburi xarakter daşıyır.
Cinayət Məcəlləsi cinayət hüququnun ümumi müddəalarını və hansı ictimai təhlükəli əməllərin cinayət olduğunu, bu əməlləri törətməkdə təqsirli olan şəxslərə tətbiq ediləcək cəzaları müəyyən edən, biri digəri ilə qarşılıqlı əlaqədə olan normalar sistemidən ibarət qanunvericilik aktıdır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov