Redaksiyamıza sual -

Redaksiyamıza sual - HÜQUQ MƏSLƏHƏTİ

14 Oktyabr 2024

Sual: Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilmədiyindən şəxs inzibati qaydada cərimə edilə bilərmi?

Cavab: Yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə –xəbərdarlıq edilir və ya qırx manatdan altmış manatadək məbləğdə cərimə edilir.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov