Başqasına vəsiyyət edilən evdən övlada pay düşürmü? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Başqasına vəsiyyət edilən evdən övlada pay düşürmü?
Cavab: Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Miras, əmlak bir neçə başqa şəxsə vəsiyyət edilsədə, vəsiyyət edənin övladlarının mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi,ədliyyə müşaviri - Səttar Əsgərov