Günay Rzayeva Könüllülərlə görüşüb -

Günay Rzayeva Könüllülərlə görüşüb - FOTO

16 Oktyabr 2024

Oktyabrın 15-də Femida Könüllüləri Təşkilatı Naxçıvan Nümayəndəliyi tərəfindən “Legal MeetUp” platforması çərçivəsində Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Günay Rzayeva ilə görüş keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə açılış nitqi ilə çıxış edən Femida Könüllüləri Təşkilatı Naxçıvan Nümayəndəliyinin Səlahiyyətli rəhbəri Yusif Mirzəzadə Ombudsmana və Ombudsman Aparatına təşəkkürünü bildirmiş, təşkilatın fəaliyyəti və məqsədləri haqqında məlumata verilib. Ardınca Müvəkkil cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə xüsusi diqqət yetirildiyini, bununla əlaqədar Ombudsman tərəfindən insan hüquqlarına dair müxtəlif aktual mövzulara həsr edilmiş tədbirlərin təşkil olunduğunu qeyd etmiş, Ombudsman təsisatının əhəmiyyətini bir daha vurğulanıb.

Sonda Femida könüllüləri tərəfindən Ombudsmana suallar ünvanlanmış, xatirə şəkli çəkilib.