Zöhrəvi xəstəliklərə yoluxmuş şəxs müalicədən boyun qaçırarsa ...

Zöhrəvi xəstəliklərə yoluxmuş şəxs müalicədən boyun qaçırarsa ... HÜQUQ MƏSLƏHƏTİ

15 May 2024

Sual: Zöhrəvi xəstəliklərə yoluxmuş şəxsin müalicədən boyun qaçırması nə zaman inzibati məsuliyyətə səbəb olur ?

Cavab: İnzibati xətalar məcəlləsinə uyğun olaraq Zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumatı olan şəxsin tibb müəssisələri tərəfindən xəbərdarlıq edildikdən sonra da müalicədən boyun qaçırmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

Sualı cavablandırdı: Babək rayon prokurorluğunun stajor müstəntiqi - Gülçin İsgəndərova