Mənzil hüquqları hansı hallarda məhdudlaşdırla bilər ? -

Mənzil hüquqları hansı hallarda məhdudlaşdırla bilər ? - HÜQUQ MƏSLƏHƏTİ

24 İyul 2024

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.

Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız Mənzil Məcəlləsi və digər qanun əsasında yol verilir.

Qeyd: Sualları Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır