Naxçıvanda sentyabrın 8-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında sentyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Mülayim şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36 ° olacağı gözlənilir.