
Naxçıvanda aprelin 23-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında aprelin 23-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi bölgələrdə hava şəraitinin yağmurlu olacağı və şimşək çaxacağı, yüksək dağlıq bölgələrə isə qar və dolu düşəcəyi gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə saatlarında 5-10° isti, gündüz isə 21-26° isti olacağı ehtimal olunur.