Naxçıvanda aprelin 27-nə olan hava proqnozu

Naxçıvanda aprelin 27-nə olan hava proqnozu

27 Aprel 2025

Naxçıvan Muxtar Respublikasında  aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən,Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi ərazilərə yağış yağacağı və şimşək çaxacağı, yüksək dağlıq bölgələrə isə qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 7-12 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə saatlarında 3-8° isti, gündüz isə 18-23° isti olacağı proqnozlaşdırılır.