
Bəzi çaylarda sululuq artıb
Ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə avtomat hidroloji stansiyalarının məlumatında qeyd edilib.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qudiyalçay-Qımılda 6 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçay-Əliquluuşağıda 8 sm, Oxçuçay-Bürünlüdə 7 sm, Quruçay-Böyük Tağlar və Tərtərçay-Kəlbəcərdə 3 sm artım qeydə alınıb.
Kür çayının aşağı axınında - Kür-Şirvan məntəqəsində suyun səviyyəsi 20 sm, Kür-Salyanda 10 sm, Kür-Bankədə 5 sm artıb.