Narkotik maddələr olan bitkiləri kultivasiya etmə hansı məsuliyyətə səbəb olur? -

Narkotik maddələr olan bitkiləri kultivasiya etmə hansı məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ

30 Avqust 2024

Sual: Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə  Azərbaycan Respublikası Cinayət Məcəlləsində hansı məsuliyyətə səbəb olur?
 
Cavab: Azərbaycan Respubliksını Cinayət Məcəlləsinin 237-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  Eyni hərəkətlər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə,  təkrar törədildikdə və ya  külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas -  Nurlan Əhmədli