Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb

Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb

15 Yanvar 2025

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu gün ümumilikdə 28 ailə (135 nəfər) öz ata - baba yurdlarına qayıdır.

Qeyd edək ki, Şuşa şəhərinə 2 ailə (8 nəfər) Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 20 ailə (102 nəfər) köçürülür.