Naxçıvanda iyulun 27-nə olan hava proqnozu

Naxçıvanda iyulun 27-nə olan hava proqnozu

27 İyul 2024

Naxçıvan Muxtar Respublikasında iyulun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhəri və muxtar respublikanın digər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Şahbuz rayonunun bəzi dağlıq ərazilərinə yağış yağacağı ehtimal olunur. Saniyədə 10-15 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° olacağı gözlənilir.