Naxçıvanda sentyabrın 7-nə olan hava proqnozu

Naxçıvanda sentyabrın 7-nə olan hava proqnozu

07 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikasında sentyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublika ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin Culfa və Ordubad bölgəsinin bəzi dağlıq ərazilərinə qısamüddətli yağış yağacağı ehtimal olunur. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35 ° olacağı gözlənilir.