Naxçıvanda sentyabrın 10-na olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında sentyabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər bölgələrində günün ikinci yarısı fasilələrlə qısamüddətli yağış yağacağı ehtimal olunur. Saniyədə 9-14 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33 ° olacağı gözlənilir.