Naxçıvanda sentyabrın 5-nə olan hava proqnozu

Naxçıvanda sentyabrın 5-nə olan hava proqnozu

05 Sentyabr 2024

Naxçıvan Muxtar Respublikasında sentyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublika ərazisində havanın əsasən yağmursuz keçəcəyi, lakin Şahbuz rayonunun bəzi dağlıq ərazilərinə qısamüddətli yağış yağacağı ehtimal olunur. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38 ° olacağı gözlənilir.