Nikah  məhkəmədən kənar pozula bilərmi ? -

Nikah məhkəmədən kənar pozula bilərmi ? - HÜQUQ MƏSLƏHƏTİ

22 İyul 2024

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən  ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər.  

Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:

ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə,

ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə.

Nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

Qeyd: “Müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası   Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin  qeydiyyat şöbələri həyata keçirir.

Qeyd: Sualları Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin əməkdaşları cavablandırır