Ağacların qanunsuz olaraq kəsilməsi hansı hallarda cinayət məsuliyyətinə səbəb olur? -

Ağacların qanunsuz olaraq kəsilməsi hansı hallarda cinayət məsuliyyətinə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ

25 İyul 2024

Sual: Ağacların qanunsuz olaraq kəsilməsi hansı hallarda cinayət məsuliyyətinə səbəb olur?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) min manatdan yeddi min manatadək ziyan vurduqda - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd olunan müddəalar xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Rəmzi Həsənov