Şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs necə adlanır? -

Şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs necə adlanır? - HÜQUQ MƏSLƏHƏTİ

23 İyul 2024

Sual: Başqa şəxslərlə birlikdə cinayətin törədilməsində bilavasitə iştirak etmiş, eləcə də cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs necə adlanır ?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.2 maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş, habelə cinayət məsuliyyətinə cəlb edilən bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.

Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Nəriman Vəliyev