İnzibati xəta haqqında iş üzrə hansı hallar sübut edilməlidir? -

İnzibati xəta haqqında iş üzrə hansı hallar sübut edilməlidir? - HÜQUQ MƏSLƏHƏTİ

24 İyul 2024

Sual: İnzibati xəta haqqında iş üzrə hansı hallar sübut edilməlidir?

Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun böyük köməkçisi I dərəcəli hüquşünas - Elvin Qulusoylu