Yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti necə tənzimlənir? -

Yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti necə tənzimlənir? - HÜQUQ MƏSLƏHƏTİ

26 İyul 2024

Sual: 14 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti necə tənzimlənir?

Cavab: 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır. Lakin 7 yaşından 14 yaşınadək olan şəxslərin aşağıdakı əqdləri müstəqil bağlamaq ixtiyarı vardır:

a) xırda məişət əqdləri;

b) əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş elə əqdlər ki, onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmur;

c) qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdlər.

Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas -  Şahmar Həşimov