Dövlət mülkiyyətində olan torpaqlara hansı torpaqlar daxildir? -

Dövlət mülkiyyətində olan torpaqlara hansı torpaqlar daxildir? - HÜQUQ MƏSLƏHƏTİ

22 İyul 2024

Sual: Dövlət mülkiyyətində olan torpaqlara hansı torpaqlar daxildir?

Cavab: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən:

Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir:

dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar;

dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar;

yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları;
meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla);

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları;

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar;

təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları;

dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları;

dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar;
dövlət ehtiyat fondu torpaqları.

Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Yaqub Salamzadə