Naxçıvanda probasiya sahəsində daxil olan işlərin sayı artıb

Naxçıvanda probasiya sahəsində daxil olan işlərin sayı artıb

26 İyul 2024

Naxçıvan Muxtar Respublikasında bu ilin 6 ayında probasiya sahəsində daxil olan işlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 62 faizdən çox artıb.

Muxtar respublika Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, hazırda 56 məhkuma elektron sistemlə gündəlik nəzarət edilir və texniki vasitələrin sazlığı diqqət mərkəzində saxlanılır.

Cəzaların icrası ilə bağlı dövlət büdcəsinə 41 min 664 manat məbləğində ödəmələr təmin edilib (ötən il bu rəqəm 5680 manat təşkil edib), nəticədə dövlət büdcəsinə ödəmələr ötən ilin eyni dövrü ilə müqayisədə 35 min 984 manat və ya 7,3 dəfə çox olub.