"Sudan səmərəli və qanuni istifadə" ilə bağlı tədbir keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası prokurorluğunun təşkilatçılığı ilə mayın 17-də Ordubad rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə, Ordubad rayonunun yerli icra nümayəndələrinin, bələdiyyələrin və bu sahəyə məsul şəxslərin iştirakı ilə Sudan səmərəli və qanuni istifadə ilə bağlı tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Ordubad rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Məmmədov, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Prokurorluğun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, ədliyyə müşaviri İsfəndiyar Qasımov və Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov mövzu ilə bağlı çıxış ediblər.
Sonda mövzu ətrafında müzkirələr aparılıb və suallar cavablandırılıb.