Sübutsuz müəyyən edilən hallar hansılardır? -

Sübutsuz müəyyən edilən hallar hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ

28 Fevral 2024

Sual: Sübutsuz müəyyən edilən hallar hansılardır?

Cavab: Cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən aşağıdakı hallar sübut edilmiş hesab olunur:

-ümumi məlum olan faktlar;

-müasir elmdə, texnikada, incəsənətdə və digər sahələrdə ümumi qəbul edilmiş təhqiqat metodlarının düzgünlüyü;

-məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar.

Cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Bu halda sübutların tədqiq edilmədən müəyyən olunmuş halları cinayət prosesinin digər iştirakçılarına deyil, yalnız razılığa gələnlərə münasibətdə müəyyən edilmiş hesab olunur.

Aşağıdakı hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən müəyyən edilmiş hesab olunur:

-şəxslərin qanunu bilməsi;

-şəxslərin xidməti ilə əlaqədar vəzifələrini və öz peşə qaydalarını bilməsi;

-şəxs xüsusi hazırlığın və ya təhsilin olmasını təsdiq edən sənədlər təqdim etmədikdə, yaxud xüsusi hazırlıq və təhsil verən müəssisə və ya digər təşkilatın adını bildirmədikdə, onun xüsusi hazırlığının və təhsilinin olmaması.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri - Səttar Əsgərov

Mənsurə Hümbətova