Səmimi peşmanlıqla bağlı məsuliyyətdən azad etmə hansı hallarda müəyyənləşir? -

Səmimi peşmanlıqla bağlı məsuliyyətdən azad etmə hansı hallarda müəyyənləşir? - HÜQUQ MƏSLƏHƏTİ

24 May 2024

Sual: Azərbaycan Respublikası Cinayət Məcəlləsində Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə hansı hallarda müəyyən edilmişdir ?

Cavab: Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.

Qeyd olunmalıdır ki, başqa növ cinayət törətmiş şəxs, yuxarıda qeyd olunan hallar olduqda Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşunas - Nurlan Əhmədli