Özgənin əmlakını qəsdən məhv etmə hansı məsuliyyətə səbəb olur?  -

Özgənin əmlakını qəsdən məhv etmə hansı məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ

27 Fevral 2024

Sual: Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində hansı cəzalar nəzərdə tutulur?

Cavab; Bəhs etdiyimiz cinayət əmlakın talanması ilə bağlı olmayan, əmlakı qəsdən məhv etmə və ya zədələmənin əlamətlərini özündə ehtiva edən mülkiyyət əleyhinə cinayətdir.

Əmlakı qəsdən məhv etmə və ya zədələmə, özgənin əmlakını fiziki təsirlə və ya digər üsullarla məhv etməklə və ya zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaradır. Burada “xeyli miqdar” dedikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində göstərildiyi kimi beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşunası - Nurlan Əhmədli 

Mənsurə Hümbətova