Ölmüş və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda nikahın bərpası mümkündürmü? -

Ölmüş və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda nikahın bərpası mümkündürmü? - HÜQUQ MƏSLƏHƏTİ

20 Aprel 2024

Sual: Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda nikahın bərpası mümkündürmü?

Cavab: Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikah müvafiq icra hakimiyyəti orqanında onların birgə ərizəsinə əsasən bərpa oluna bilər.

Tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri - Səttar Əsgərov

Mənsurə Hümbətova