Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozmaya görə hansı cəzalar müəyyən edilib ? -

Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozmaya görə hansı cəzalar müəyyən edilib ? - HÜQUQ MƏSLƏHƏTİ

18 May 2024

Sual: Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozmaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində hansı cəzalar müəyyən edilmişdir ?

Cavab: Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşunas - Nurlan Əhmədli