Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsi hansı hallarda təxirə salınır? -

Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsi hansı hallarda təxirə salınır? - HÜQUQ MƏSLƏHƏTİ

18 Aprel 2024

Sual: Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsi hansı hallarda təxirə salınır?

Cavab: Cəzaların icrası məcəlləsinə uyğun olaraq cəzaçəkmə müəssisələrində cəza çəkən hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadınların, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzalarının çəkilməsi məhkəmə tərəfindən uşaq on dörd yaşına çatanadək təxirə salına bilər.

Sualı cavablandırdı: Babək rayon prokurorunun böyük köməkçisi I dərəcəli hüquqşünas - Camal Sadiqov

Mənsurə Hümbətova