Əmək müqaviləsi qüvvəyə minmədən... -

Əmək müqaviləsi qüvvəyə minmədən... - HÜQUQ MƏSLƏHƏTİ

25 Aprel 2024

Sual: Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hansı növ məsuliyyətə səbəb olur?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsi inzibati məsuliyyət tənbeh tədbiridir və fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun müavini ,ədliyyə müşaviri - Anar Həsənov

Mənsurə Hümbətova