Əgər torpaq sahəsi mülkiyyətçisinin ictimai yola çıxışı yoxdursa məsələ necə həll olunmalıdır? -

Əgər torpaq sahəsi mülkiyyətçisinin ictimai yola çıxışı yoxdursa məsələ necə həll olunmalıdır? - HÜQUQ MƏSLƏHƏTİ

01 Mart 2024

Sual: Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa məsələ necə həll olunmalıdır?

Cavab: Mülki məcəlləyə əsasən, torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir.

Sualı cavablandırdı: Babək rayon prokurorluğunun stajor müstəntiqi - Gülçin İsgəndərova

Mənsurə Hümbətova