Dövlət vergiləri dedikdə nə başa düşülür? -

Dövlət vergiləri dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ

23 Fevral 2024

Sual: Dövlət vergiləri dedikdə nə başa düşülür?
 
Cavab: Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 6-cı maddəsində dövlət vergilərinə bu cür anlayış verilmişdir.
 
Dövlət vergilərinə aşağıdakılar aiddir:
 
1. fiziki şəxslərin gəlir vergisi
 
2. hüquqi şəxslərin mənfəət vergisi( bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatdan başqa)
 
3. əlavə dəyər vergisi
 
4. aksizlər 
 
5. hüquqi şəxslərin və fiziki şəxslərin əmlak vergisi
 
6. hüquqi şəxslərin və fiziki şəxslərin torpaq vergisi
 
7. yol vergisi
 
8. mədən vergisi
 
9. sadələşdirilmiş vergi
 
Vergi Məcəlləsi ilə bütün dövlət vergilərinin dərəcələrinin ən yüksək hədləri müəyyən edilir.
 
Dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri Vergi Məcəlləsində müəyyən edilən dərəcələrdən yüksək ola bilməz və hər il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunu qəbul edilən zaman həmin dərəcələrə yenidən baxıla bilər.
 
Sualı cavablandırdı: Şahbuz rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Yaqub Salamzadə
 
Mənsurə Hümbətova