Boşanma olmadan qadın və ya kişi qarşı tərəfdən aliment tələb edə bilərmi? -

Boşanma olmadan qadın və ya kişi qarşı tərəfdən aliment tələb edə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

12 Fevral 2024

Sual: Boşanma olmadan qadın və ya kişi qarşı tərəfdən aliment tələb edə bilərmi?

Cavab: "Ailə məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludur. Bu vəzifə uşaq yetkinlik yaşına çatanadək davam edir. Uşağın saxlanmasına qida, geyim, müalicə, istirahət və s. bu kimi tələblərin ödənilməsi daxildir. Rəsmi və ya qeyri rəsmi qurulan ailələrdə də qadın və ya kişinin aliment tələb etmək hüququ var və bu qanunla tənzimlənir. Bu zaman rəsmi nikahda olmağınıza baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət etməlisiniz. Ailə Məcəlləsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır. Nikahın pozulub-pozulmaması alimentin miqdarına təsir etmir".

Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Şahmar Həşimov

Mənsurə Hümbətova