AR vətəndaşları ölkə hüdudlarından kənarda törətdikləri əmələ görə hansı qaydada məsuliyyət daşıyır? -

AR vətəndaşları ölkə hüdudlarından kənarda törətdikləri əmələ görə hansı qaydada məsuliyyət daşıyır? - HÜQUQ MƏSLƏHƏTİ

21 May 2024

Sual: Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ görə hansı qaydada məsuliyyət daşıyırlar?

Cavab: Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

Sualı cavablandırdı: Kəngərli rayon Prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Şahmar Həşimov