
Ailə Məcəlləsinin vəzifələri nədən ibarətdir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Ailə Məcəlləsinin vəzifələri nədən ibarətdir?
Cavab: Ailə Məcəlləsinin vəzifələri aşağıdakılardır:
1. ailənin ümumbəşəri prinsiplər əsasında qurulması;
2. ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması;
3. ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi;
4. ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi;
5. ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması;
6. uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi ədliyyə müşaviri - Səttar Əsgərov
Mənsurə Hümbətova