Şəxs müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilə bilərmi? -

Şəxs müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

23 Fevral 2024

Sual: Şəxs müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilə bilərmi?

Cavab: Cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:

böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə;

az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə;

ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə;

xüsusilə ağır cinayətin törədildiyi gündən on beş il keçdikdə.

Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.

Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.

Sualı cavablandırdı :Ordubad rayon prokurorluğunun stajor müstəntiqi - Tuncay Əsgərli

Mənsurə Hümbətova