Avropa çempionatı: Azərbaycan milliləri yarımfinal oyunlarına çıxacaqlar

Avropa çempionatı: Azərbaycan milliləri yarımfinal oyunlarına çıxacaqlar

27 İyul 2024

Azərbaycanın 18 yaşadək oğlanlar və qızlardan ibarət basketbol milliləri Avropa çempionatının C divizionunda növbəti oyunlarını keçirəcəklər.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Evren Alkayanın rəhbərlik etdiyi qızlardan ibarət komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın yarımfinal mərhələsində Kipr seçməsi ilə üz-üzə gələcək.

Anar Sarıyevin baş məşqçisi olduğu digər yığma Albaniyanın Elbasan şəhərindəki turnirin eyni raundunda meydan sahiblərinin müqavimətini qırmağa çalışacaq.

Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 19:00 və 20:30-da start götürəcək.

Qeyd edək ki, hər iki yarışın həlledici matçları iyulun 28-də olacaq.