Niderland millisinin futbolçusu Braziliya klubuna keçir

Niderland millisinin futbolçusu Braziliya klubuna keçir

07 Sentyabr 2024

Niderland millisinin futbolçusu Memfis Depay karyerasını Braziliyada davam etdirəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə jurnalist Nikolo Skira bildirib.

Onun sözlərinə görə, "Korintians" 30 yaşlı hücumçunu heyətinə qatır. Təcrübəli forvardın müqaviləsi 2026-cı ilin sonunadək nəzərdə tutulacaq.

Qeyd edək ki, Memfis Depay son olaraq İspaniyada "Atletiko"nun formasını geyinib. O, 2023/2024 mövsümündə Madrid klubunda 23 oyunda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.