Futzal turnirində ilk tur başa çatıb -

Futzal turnirində ilk tur başa çatıb - FOTO

15 Sentyabr 2024

14-15 sentyabr tarixlərində dövlət qurumlarının əməkdaşları arasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş futzal üzrə muxtar respublika turnirinin ilk turu çərçivəsində 8 görüş keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qeydə alınmış nəticələrə əsasən Ədliyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat, Fövqəladə Hallar, Gənclər və İdman, Daxili İşlər, Kənd Təsərrüfatı, Maliyyə nazirliklərini, eləcə də Dövlət Vergi Xidmətini təmsil edən komandalar ilk oyunlarını qələbə ilə tamamlayıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi sosial şəbəkə hesablarında qruplardakı vəziyyət və təqvimlə bağlı növbəti günlərdə məlumat yayımlanacaqdır.